Misilsiz it | Anton Çexov

Orduda xidmətə illərini verən poruçik Dubov sərbəst xidmətə çağırılan Knaps ilə oturub, içki içirdi. Öz iti Milkanı Knapsa nişan verən Dubov dedi:

— Bunun tayı-bərabəri tapılmaz! Mi-sil-siz it-dir bu! Bir onun sifətinə baxın hələ! Təkcə sifəti nəyə desən, dəyər! İtlərdən başı çıxmayan birisi təkcə sifətinə görə buna iki yüz rubl sayar! İnanmırsınız? Onda siz bu məsələlərdən heç nə anlamırsınız…

  — Anlamağına anlayıram ey, ancaq…

  — Bu ki setterdir, həm də safqanlı ingilis setteridir. Duruşu gözəldir, iybilmə hissinə isə… söz ola bilməz! Heç bilirsiniz küçük ikən bu Milkanı neçəyə almışdım mən? Yüz rubla! Dəh-şət it-dir! Çox-bil-miş-dir bu Milka! Ax-maq-dır bu Milka! Haydı, gəl, gəl yanıma… sevimli itim mənim…

Milkanı özünə tərəf çəkən Dubov itin qulaqlarının arasından öpdü. Bu ara gözləri də yaşardı onun.

— Yo-o-ox, səni heç kəsə vermərəm… gözəlim mənim… şeytanım mənim. Sən də məni sevirsən, eləmi, Milka? Sevirsən?.. Haydı, get, oyna! – deyə poruçik səsini yüksəltdi.


Ardı →

Anton Çexovun qardaşına ibrətamiz məktubu: tərbiyəli insanın 8 keyfiyyəti

Moskva, 1886
Rus klassik ədibi Anton Pavloviç Çexovun doğma qardaşı, istedadlı rəssam Nikolay Çexov zəif xarakterli bir insan idi, sərxoşluğa qurşanmaqla özünü məhv edirdi. Anton onun zəif cəhətlərini bilir, ona görə həmişə narahat olur, qardaşının öz istedadına sayğısız münasibəti onu sarsıdırdı. “Güclü rus istedadı məhv olmaqdadır, heç nədən məhv olmaqdadır” – bu nida həm Antonun öz qardaşının aqibəti ilə bağlı, həm də bir istedadın məhvi ilə öz xalqının itkisindən yaranan kədərini əks etdirir.
Çexovun qardaşına məktubu çox təsirli və ibrətamizdir. İstedadını öz əli ilə məhv edən, “məni başa düşmürlər” deyib canına qəsd edən, bunula həm özünə, həm onu özünə yaxın bilənlərə yamanlıq edən adamlar üçün xüsusən vacib nəsihətdir.
Davamı →

Dramaturq | Anton Çexov

Həkimin kabinetinə girən kişinin baxışları ölgündür, bənizinin solğunluğuna görə isə onu kataral xəstəsi saymaq olar. Burnunun iriliyi və üzündəki ifadənin hədsiz melanxolikliyi nəzərə alınarsa, onun spirtli içkilərə və fəlsəfəyə düşkün, xroniki soyuqdəymədən əziyyət çəkən biri olduğu söylənə bilər.

Keçib kresloda əyləşəndən sonra o, təngnəfəslikdən, ıçqırıqdan, mədə yanğısından, melanxoliyadan və ağzının acı  dadmasından şikayətlənir.
Davamı →

Çexov düşüncələri

Saxta bir guluşlə gozlərimə baxmaqdansa, uzumə qarşı həqiqi bir nifrəti ustun tutaram.Unutma; İnsanları tanımağın üçün ən uyğun zaman ayrılmağa ən yaxın vaxtdır. Çünki o vaxt saxta üzlər bilinir.
Həyata ilk küskünlüyümüz – yanımızda düşündüyümüz insanların qarşımızda görməkdir.
Anlamağa çalışma. Həyat belədir. Həmişə bir telinə belə qıymadıqlarımız qıyır bizə.
Sənə bir yaxşı, bir də pis xəbərim var; yaxşı xəbər – hələ ölməmişik; pis xəbər – hələ yaşayırıq.
İki mükəmməl insan heç vaxt birlikdə ola bilməz. Çünki mükəmməl qadın birinci dəfəsində “hə” deməz, mükəmməl kişi isə ikinci şansı verməz.
Bəsit qadın; gözəl olmağı ağıllı olmaqdan üstün tutur. Çünki bəsit kişidə zəkanı anlayacaq baş yox, gözəlliyi görəcək göz var.
Ağlatdığın bir qadının göz yaşlarını ya o vaxt silərsən, ya da o göz yaşlarında boğulmamaq üçün ömür boyu çırpınmaq məcburiyyətində qalarsan.
Bir insanı həqiqətən unutmaq istəyirsənsə, onunla yaşadıqlarını deyil, onun sənə yaşatdıqlarını xatırla.
Kimsə arxanızdan danışırsa, onlardan qabaqdasınız demək.
Doğru vaxtda gələn yanlış insana verdiyin şansı, yanlış zamanda gələn doğru insana verməyincə əziyyət çəkən sən olarsan.
İnsana kəpənək həyatda bir dəfə qonar: qaçırtsan, başqa şansın qalmaz. Çünki o kəpənək səhəri gün ölmüş olacaq.
Saxta bir gülüşlə gözlərimə baxmaqdansa, üzümə qarşı həqiqi bir nifrəti üstün tutaram.
Sən sevdiyin üçün heç vaxt utanma, bil ki utanması lazım olan sevildiyini bildiyi halda sevməyi bilməyəndir əslində.
Həyatınızın sonuna qədər yaşamayınca taleyinizdən şikayət etməyin.
Özünü tənha hiss edən biri üçün hər yer çöldür.
Əgər tənhalıqdan qorxursunuzsa, evlənməyin.
Sevməyib evlənmək, inanmadan ibadət etmək kimi alçaq işdir.

Hazırladı: Rəna Nevzat


Davamı →